Təbiət həyat rəmzidir. Ta qədimdən insanlar ətraf aləmlə sıx təmasda olmuş, təbiətin sərvətlərindən gen-bol bəhrələnmişlər. Min illər boyu insana elə gəlmişdir ki, təbiətin ehtiyatları heç vaxt tükənməyəcək. Lakin zaman ötdükcə Yer üzündə əhalinin sayının artması, sənayenin sürətlə inkişafı və digər səbəblər üzündən insanların təbiətə müdaxiləsi daha geniş hal almışdır. Hazırda ətraf mühitin çirklənməsi çox təhlükəli həddə gəlib çatmışdır. Alimlər hesablamışlar ki, hər il dünya üzrə sənaye müəssisələrinin fəaliyyəti nəticəsində təxminən bir milyon ton toz və digər zərərli maddələr yaranır. Mövcud meşələrin, yaşıllıq sahələrinin yanacaq və digər məqsədlərlə qırıldıgını da nəzərə alsaq, onda insan fəaliyyətinin ana təbiətə vurdugu ziyanın miqyası barədə konkret təsəvvür yaranar.
Atmosferin, dünya okeanının çirklənməsi, azon qatının zədələnməsi ekoloji böhranın əlamətidir. Heç təsadüfi deyil ki, insanlar zaman-zaman qeyri-adi təbiət hadisələrinin şahidi olurlar. 1952-ci ildə Bakıya çirkli yagış, 1963-cü ildə yağlı yağış yağmışdır. 1953-cü ildə təbiət insanları İsmayıllı rayonuna yağan qara qarla, qonşu Gürcüstana yağan qırmızı qarla, heyrətə salmışdır. 1961, 1962, 1975-ci illərdə isə başqa bir qeyri-adi təbiət hadisəsi baş vermişdir-Bakı şəhəri tozqarşıq dumana qərq olmuşdur. Müxtəlif illərdə Sumqayıt şəhərinə də çirkli yağışlar yağmışdır.
Mütəxəssislər bütün bu qeyri-adi təbiət hadisələrini müxtəlif mənbələrdən atmosferə buraxılan zərərli qazlarla, tozla və digər tullantılarla bağlı olduğunu bildirirlər.
Ermənistanın Azərbaycana qarşı apardığı elan olunmamış müharibəsi Respublikamızın təbiətinə ciddi ziyan vurmuşdur. Belə ki, işğal altında qalan ərazilərimizin flora və faunası bir ucdan məqsədli şəkildə məhv edilir, meşələrimizdəki qiymətli ağac növləri kəsilərək, Ermanistanın mebel istehsal edən fabriklərinə daşınır. Ermənilərin işğal etdikləri Zəngilan rayonunun ərazisindəki Bəsit çay Dövlət Qoruğunu vəhşicəsinə talamaları isə heç nə ilə müqayisə oluna bilməyəcək bəşəri cinayətdir. Burada təkcə təbiətə yox, həm də tarixə qəsd edilir. Ermənilər qoruqda 2-3 min il yaşı olan çinar ağaclarına balta çalır, sonra da onların kökünü partladadaq izi itirirlər.
Bütün bunlar bizi həyatın mənbəyi olan təbiətə daha həssas münasibət bəsləməyə səsləyir. Nəhayət, təbiətin harayı eşidilməlidir. Əks halda çox gec ola bilər. Haqqında söhbət açdığımız Bəsit çay Dövlət Qoruğunun taleyi buna misaldır. Məlum səbəblər üzündən Azərbaycan qoruqdakı çinar meşəsini mühafizə edə bilmir. Buna görə də, beynəlxalq birlik ermənilərin təbiətə münasibətdə bədxahlıqlarının qarşısını almalıdır. Axı sözü gedən qoruq Azərbaycan sərvəti olmaqla bərabər, həm də bütün bəşəriyyətə məxsusdur. 1968-ci ilin aprelində Çernobl Atom Elektrik Stansiyasında baş verən qəza Ukraynanın, qonşu Belarusun təbiətinə, insanlarına böyük ziyan vurdu. Həmin fəlakətin dəhşətli nəticələrinin aradan qaldırılmasında bir çox xalqlar o cümlədən də respublikamızın təmsilçiləri yaxından iştirak etdilər, yüzərlə azərbaycanlı əlillik qzandı. Təbiətin qorunması yəni bəşəriyyətin gələciyinin xilas edilməsi naminə bütün dünya ölkələri birlikdə mübarizə aparmalı, qüvvələri birləşdirməlidirlər.

Yaxşı haldır ki, artıq bu istiqamətdə işə start verilmişdir. Dünyanın 159 ölkəsini öz sıralarında birləşdirən BMT-nin nəzdində ətraf mühitin mühafizəsi üzrə beynəlxalq agentlik yaradılmışdır. Bu təşkilat beynəlxalq ictimaiyyətin diqqətini planetimizin ən vacib ekoloji problemlərinə yönəldir.
İnsan təbiəti mühafizə etməklə, özünü qoruyur. Biz hara baxırıqsa, demək olar ki, hər yerdə bitki və yaxud onlardan hazıırlanmış əşyaları görürük. Meşələrdə, çəmənlərdə, bataqlıqlarda və səhralarda heyvanlar aləminin müxtəlif növləri yaşayır. Bitkilər həmçinin, bir çox heyvanların qida mənbəyidir. İnsanlar da bəzi bitkilər və ya onlardan hazırlanmış məhsullarla qidalanırlar. Lakin bitkilər yalnız yemək və məhsul hazırlandığına görə qiymətli hesab olunmur. Onlar həmçinin bizi, həyatı bəzəyir və sevinc bəxş edirlər. Ev bitkiləri ən sadə evi belə, rahatçılığa çevirir. İnsanın təsərrüfat fəalliyəti təbiətdə o qədər böyük təsir qoyur ki, canlı orqanizmlərdən bəziləri tamamilə yer üzündən silinmiş və onların nəsli kəsilmək üzrədir. Onları qorumaq borcumuzdur.
Bizim xalqımızın çox gözəl adətləri var. Yaxşı olardı ki, bizdə belə bir adət yaranaydı, yəni Vətən ugrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə gənclərimizin hər biri bir uzunömürlü agac basdıra. Beləliklə də biz həm özümüzü, həm də gələcəyimizi qorumuş olarıq.

Son illərdə respublikamızda təbiətin qorunması və mühafizəsi məsələsinə çox böyük diqqət yetirilir. Hətta şairlərimiz də öz şeirləri ilə gözəl təşəbbüsə qoşulmuşdur. Mən də öz layihəmi lirika ustası, böyük şairimiz Hüseyn Arifin aşağıdakı misraları ilə yekunlaşdırmaq istəyirəm:
Hər vaxt təbiəti gətirək yada,
O, bizi duyğusuz, ruhsuz sanmasın.
Yolar uzansa da, yollar artsa da,
Meşələr pozulub yaralanmasın

Hiç yorum yok:
Yorum Gönder