Bizim yaşadığımız dünya çox gözəldir. O həm də əsrarəngiz və maraqlıdır. Biz zəngin və füsnkar bitkilər aləminin, vəhşi heyvanlardan tutmuş ən xırda həşaratlara qədər saysız-hesabsız canlıların əhatəsindəyik. Biz təbiətin kiçik bir parçasıyıq. Bizim yaşayışımız da, saglamlıgımız da onunla baglıdır. Azərbaycanımızda yerin altı tükənməz xəzinə, üstü isə canlı muzeydir. Onun gözəl təbiəti, iqlimi, torpagı, bitki örtüyü, heyvanlar aləmi son dərəcə müxtəlif və rəngarəngdir ki, yer üzündəki 11 iqlim növünün 9-u Azərbaycanda mövcuddur.
Təbiət və cəmiyyətin inkişafında bitkilərin əhəmiyyəti böyükdür.Onlar daim günəş enerjisini müxtəlif yanacaq enerjisinə və yüksək kalorili qida maddələrinə çevirir. Bitkilərin insanlara xidməti misilsizdir, bu xidmətdə onların havatəmizləyici rolu, insanların saglamlıgı keşiyində durması xüsusi yer tutur.Bitkilərin insanlar üçün xammal kimi, qiymətli yanacaq və tikinti materialları olması kimi böyük xidməti vardır. Lakin bitkilərin ən böyük xidməti bütün canlıları bogulmaqdan qorumasıdır. Havanın bir kubmetrində 20 mq karbon qazı olarsa. insanın yaşaması təhlükəli sayılır. Elm və texnikanın inkişafı, avtomobillərin sayının artması atmosferdə karbon qazını durmadan artırır. Bitkilər onu azaltmaqla canlıların ölüm təhlükəsinin qarşısını alır.Havada olan oksigen qazının miqdarının daim normada qalmasına kömək edir, havanın oksigen qazı balansını daim tənzimləyir.
Havaya insan fəaliyyəti nəticəsində daim zərərli və zəhərli maddələr daxil olur. Onlarla mübarizədə də bitkilər, xüsusilə agaclar insanların köməyinə gəlirlər. Özlərinin hazırladıgı və havaya buraxdıgı fitosidləri ilə havanı zəhərli mikroorqanizmlərdən təmizləyirlər.
Bitkilərin varlıgı yer üzündəki canlıların həyatı üçün çox vacibdir.İnsan həyatı üçün ən əhəmiyyətli ünsürlər oksigen, su, qida maddələridir. Bütün bu maddələrin yer üzündəki tarazılıgını təmin edən ən əhəmiyytli faktor yaşıl bitkilərdir.
Bildiyimiz kimi, yer üzündəki həyatın əsas enerji qaynağı Günəşdir. Ancaq insanlar və heyvanlar günəş enerjisini bilavasitə istifadə edə bilmirlər, çünki bu enerjini oldugu kimi istifadə edə biləcəkləri sistemlərə sahib deyillər. Buna görə də insanlar və heyvanlar ancaq bitki mənşəli qidalar vasitəsilə günəş enerlisindən istifadə edə bilirlər. Bitkilər bizim üçün günəş enerjisindən istifadə edib, kompleks proseslər apararaq əldə etdikləri xammalı molekullarına toplayırlar.Heyvanlar üçün də vəziyyət eynidir. Onlar da bitkilərlə qidalanır və bunun sayəsində enerji paketləri şəklində yıgdıqları günəş enerjisindən istifadə edirlər.

